Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə “Səhər İdmanı” layihəsinə start verilib

27 oktyabr 2025 | 10:39

Oktyabrın 27-də Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi, Gənclər və İdman Nazirliyinin Daşkəsən rayonu üzrə sektorunun təşkilatçılığı ilə rayonun Heydər Əliyev Mərkəzinin qarşısında “Səhər İdmanı” layihəsinin icrasına başlanılıb.

Layihənin məqsədi sağlam həyat tərzinin təbliği, idmanın kütləviliyinin artırılması və səhər idmanını gündəlik vərdiş kimi formalaşdırmaqdır.

Tədbir çərçivəsində iştirakçılar peşəkar məşqçi-müəllimlərin rəhbərliyi altında müxtəlif fiziki hərəkətlər edərək, səhər gimnastikası ilə məşğul olublar.

“Səhər İdmanı” layihəsi həftə içi 6 gün – səhər saat 07:30-dan 08:30-dək davamlı şəkildə təşkil olunacaqdır.

 

Keçidlər