Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə "Şanlı Zəfər Tariximiz" adlı tədbir keçirilib

06 oktyabr 2025 | 18:19

Oktyabrın 6-da “Konstitusiya və Suverenlik İli” çərçivəsində Daşkəsən Rayon İcra Hakimiyyətinin və Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin  birgə təşkilatçılığı, Daşkəsən rayonu üzrə Təhsil Sektorunun dəstəyi ilə rayonunun Təzəkənd kənd Ş.Cavad adına tam orta ümumtəhsil məktəbində şagirdlərlə "Şanlı Zəfər Tariximiz" adlı maarifləndirici görüş təşkil olunub.

Tədbir Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərin təbliği, şagirdlər arasında vətənpərvərlik ruhunun gücləndirilməsi və milli-mənəvi dəyərlərin aşılanması məqsədi daşıyıb.

Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş Vətən övladlarının ruhuna ehtiramlarını bildiriblər.

Daha sonra Vətən müharibəsinin gedişini, qəhrəman Ordumuzun şücaətini və xalqımızın birliyini əks etdirən sənədli film nümayiş etdirilib. Film şagirdlər tərəfindən böyük maraqla qarşılanıb, onlarda dərin vətənpərvərlik hissləri oyadıb.

Film nümayişindən sonra keçirilən viktorinada məktəblilər Zəfər tariximizə dair biliklərini sınayıblar. Fəallıqları ilə seçilmiş iştirakçılar döş nişanları ilə mükafatlandırılıblar.

Sonda şagirdlər "Əsgərə məktub" layihəsində iştirak edərək, əsgərlər üçün məktublar yazıblar.

Keçidlər