Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə şagirdlərlə peşəyönümlü təhsil və peşə seçimi mövzusunda görüşlər keçirilib

29 may 2025 | 13:59

Daşkəsən Rayon İcra Hakimiyyətinin, Dövlət Məşğulluq Agentliyinin və Daşkəsən rayonu üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə Daşkəsən rayon Quşçu kənd Ə.İsmayılov adına tam orta ümumtəhsil və Daşkəsən şəhər A.Mürsəlov adına 2 nömrəli tam orta ümumtəhsil məktəblərində baş tutan görüşlərdə müəllimlər, şagirdlər və onların valideynləri iştirak ediblər.

Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera Filialının əməkdaşı Mübariz İmanov, Gəncə-Daşkəsən Regional Məşğulluq filialının Daşkəsən rayon xidmət şöbəsinin müdiri Şəhriyar Kazımov, Daşkəsən Peşə Məktəbinin istehsalat təlim ustası Şahin Kazımov, “Daşkəsən Dəmir Filiz” MMC-nin baş geoloqu Rasim Süleymanlı təqdimatlarında düzgün ixtisas seçimində diqqət edilməli əsas məqamlar, uğurlu ixtisas seçiminin sirləri, ixtisas seçiminin psixoloji aspektləri, işəgötürənlərin tələbləri kimi mövzularda çıxışlar ediblər, auditoriyanı maraqlandıran sualları cavablandırıblar. Eyni zamanda şagirdlərə hər bir ixtisas qrupu üzrə əmək bazarında aktual olan peşə və ixtisaslar barədə nəzəri və praktik məlumatlar verilib.

 

Keçidlər