Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Daşkəsəndə rəqəmsal dövlət xidmətləri ilə bağlı maarifləndirmə işləri aparılır

16 noyabr 2026 | 15:14

“Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı”nın həyata keçirilməsi üzrə tədbirlər planının 8.1.13-cü maddəsinin icrasını təmin etmək məqsədilə 2 sentyabr 2026-cı il tarixində Yerli İcra Hakimiyyətlərində Rəqəmsallaşma üzrə Yol Xəritəsi təsdiq edilmişdir.

Yol Xəritəsinin 2-ci bəndində YİHO nümayəndələri tərəfindən vətəndaşların mygov-da mövcud xidmətlərdən istifadə etmələri üçün təşviqatın həyata keçirilməsi və istifadə imkanlarına dair dəstəyin göstərilməsi və 2.2-ci bəndində Fəaliyyət Planı çərçivəsində RİH tərəfindən görülən işlər, habelə ölkə səviyyəsində rəqəmsal inkişaf sahəsində görülmüş işlər barədə ictimaiyyətin məlumatlandırılmasının təşkil edilməsi tapşırılmıdşır.

Tapşırığın icrası ilə bağlı Daşkəsən RİH-nin keçirdiyi maarifləndirmə tədbirlərinin məqsədi əhalinin rəqəmsal xidmətlərdən istifadə imkanlarını genişləndirmək, elektron xidmətlərə əlçatanlığı artırmaq, vətəndaşların rəqəmsal bacarıqlarını inkişaf etdirmək və müasir texnologiyaların gündəlik həyatda tətbiqini təşviq etməkdir.

Tədbirlər çərçivəsində müxtəlif sosial qruplara rəqəmsal dövlət xidmətlərindən istifadə qaydaları, elektron müraciət, dövlət xidmətlərinin onlayn əldə edilməsi, elektron sənəd dövriyyəsi, “mygov” rəqəmsal hökumət platformasının imkanları, platforma vasitəsilə şəxsi məlumatlara, elektron arayışlara və digər rəqəmsal dövlət xidmətlərinə çıxış qaydaları barədə məlumatlar çatdırılır, elektron xidmətlərdən istifadənin vaxta qənaət, şəffaflıq və operativlik baxımından üstünlükləri izah olunur. Müəllimlər, səhiyyə işçiləri, sahibkarlar, gənclər və kənd sakinləri arasında maarifləndirmə işlərinin aparılmasına xüsusi diqqət yetirilir.

Həmçinin maarifləndirmə zamanı kibertəhlükəsizlik məsələlərinə də toxunulur, şəxsi məlumatların qorunması, güclü şifrələrdən istifadə, şübhəli elektron keçidlərdən uzaq durmaq və internet mühitində təhlükəsiz davranış qaydaları barədə tövsiyələr verilir. Eyni zamanda, ölkə səviyyəsində rəqəmsal inkişafa dair həyata keçirilən layihələr, dövlət idarəçiliyində rəqəmsallaşma, süni intellekt və innovativ texnologiyaların tətbiqi ilə bağlı görülən işlər barədə ictimaiyyətin məlumatlandırılması təmin edilir.

Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Daşkəsən rayonunda rəqəmsal dövlət xidmətləri barədə ictimaiyyətin məlumatlandırılması və maarifləndirilməsi davam etdirilir.

Keçidlər