Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Daşkəsəndə “Region gənclərinin şəbəkələşməsi” çərçivəsində üç günlük düşərgə keçirilib

14 avqust 2026 | 09:17

Avqustun 11-13-də Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı, Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “12 Avqust – Beynəlxalq Gənclər Günü”nə həsr olunmuş düşərgə təşkil  olunub.

Düşərgənin məqsədi regionlarda yaşayan fəal və yaradıcı gəncləri bir araya gətirmək, onlar arasında şəbəkələşməni gücləndirmək, yeni dostluq və əməkdaşlıq əlaqələri yaratmaq, gənclərin bilik və bacarıqlarının inkişafına töhfə vermək olub.

Düşərgənin açılış mərasimində Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Elşən Hüseynov, Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Elmar Əliyev, Daşkəsən Gənclərin Təlim və İstirahət Mərkəzinin direktoru Elşən Tağıyev, bələdçi və təlimçi müəllim Bəxtiyar Məhərrəmov və digər qonaqlar iştirak ediblər.

Düşərgə zamanı iştirakçılar Daşkəsənin tarixi və mədəni irsi ilə tanış olub, müxtəlif maarifləndirici və interaktiv fəaliyyətlərə cəlb olunublar. Həmçinin "Şəhərsalma və Memarlıq İli"nə həsr olunmuş “İdeal ekoşəhər modeli” və gənclərin bacarıqlarının artırılması üçün “Süni intellektdən praktik istifadə qaydaları” mövzularında təlimlər  təşkil olunub. Bundan əlavə, "Yaradıcı gecə" proqramında istedadlı gənclər musiqi və digər yaradıcı çıxışlarla öz bacarıqlarını nümayiş etdiriblər. Üç gün ərzində iştirakçılar yeni bilik və təcrübə qazanıb, həmyaşıdları ilə fikir mübadiləsi aparıb, dostluq və əməkdaşlıq əlaqələri qurublar.

Düşərgədə fəal iştirak edən gənclər regional idarə tərəfindən təşəkkürnamə və hədiyyələrlə təltif olunub.

Bağlanış mərasimi ilə yekunlaşan düşərgə region gənclərinin potensialının üzə çıxarılması və vahid gənclər şəbəkəsinin formalaşdırılması istiqamətində mühüm addım olub.

Keçidlər