Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə rayon Ağsaqqallar Şurasının illik hesabat konfransı keçirilib

24 may 2025 | 13:49

Mayın 24-də Daşkəsən Rayon İcra Hakimiyyətində keçirilən Daşkəsən rayon Ağsaqqallar Şurasının növbəti  illik hesabat konfransında Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Respublika Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov və mətbuat xidmətinin katibi Rafiq Rzayev, Daşkəsən rayon Ağsaqqallar Şurasının sədri Cavanşir Qocayev, Şuranın üzvləri, ziyalılar, şəhid valideynləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə konfrans iştirakçıları Ümummilli Lideri Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsi  önünə  gül-çiçək dəstələri düzüb, xatirəsinə ehtiramlarını bildiriblər.

Konfrans Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olmuş şəhidlərimizin, həmçinin hesabat dövründə vəfat etmiş ağsaqqalların xatirəsini yad etməklə başlayıb.

Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vüqar Məmmədov Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun adından konfrans iştirakçılarını və qonaqları salamlayıb, başda Respublika Ağsaqqallar Şurasının sədri hörmətli Eldar Quliyev olmaqla Şura üzvlərinə xoş arzularını çatdırıb. 

Gündəliyə uyğun olaraq Daşkəsən rayon Ağsaqqallar Şurasının sədri Cavanşir Qocayev geniş hesabat məruzəsi ilə çıxış edib, ötən dövr ərzində görülən işlər barədə ətraflı məlumat verib.

Daha sonra hesabat məruzəsi ətrafında rayon ağsaqqallarından Etibar Alıyev, Malik Ələsgərov, Xanlar Məmmədov, Duman Mahmudova, Qarabağ müharibəsi veteranı Seymur Tağıyev, şəhid atası Etibar Cəfərov, Vətən müharibəsi qazisi Orxan Babayev çıxış edərək hesabat dövründə Daşkəsən rayon Ağsaqqallar Şurası tərəfindən çoxsaylı tədbirlərin keçirildiyini, dəyərli təşəbbüslərin irəli sürüldüyünü, verilən təkliflərin ictimaiyyət tərəfindən müsbət qarşılandığını və bir çox məsələlərin həllinə yüksək səviyyədə nail olunduğunu vurğulayıblar.

Respublika Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov isə Şuranın fəaliyyəti və qarşıda duran vəzifələr barədə geniş söz açıb.

Müzakirələrdən sonra Daşkəsən rayon Ağsaqqallar Şurasının fəaliyyətinə dair illik hesabatı səsə qoyularaq məqbul hesab edilib, habelə təşkilati məsələlərə baxılıb.

Konfransın sonunda rayonun sosial-iqtisadi və ictimai-siyasi həyatında fəallıq göstərmiş bir qrup ağsaqqal Daşkəsən Rayon İcra Hakimiyyətinin fəxri fərmanı ilə təltif olunub.

Keçidlər