Daşkəsəndə “Radikal dini ideologiyaların qarşısının alınmasında maarifləndirmənin rolu” mövzusunda seminar təşkil olunub
Noyabrın 27-də “Konstitusiya və Suverenlik İli” çərçivəsində Daşkəsən Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə-Daşkəsən regional bölməsinin birgə təşkilatçılığı ilə “Radikal dini ideologiyaların qarşısının alınmasında maarifləndirmənin rolu” mövzusunda seminar keçirilib.
Seminarda RİH-nin məsul əməkdaşları Əli İsmayılov, Elmar Əliyev, DQİDK-nın Gəncə–Daşkəsən regional bölməsinin baş məsləhətçisi Şahmar Verdiyev, rayonun müxtəlif qurumlarının təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda radikal dini ideologiyaların yaranma səbəbləri, onların cəmiyyətə təsirləri və maarifləndirmə fəaliyyətinin əhəmiyyəti barədə ətraflı məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Sonda “Yad dini təsirlər” adlı sənədli film nümayiş etdirilib.






