Daşkəsəndə Qurban bayramı münasibətilə şəhid və qazi ailələri ziyarət edilib, onlara bayram sovqatı paylanılıb
Daşkəsən Rayon İcra Hakimiyyətinin, “AzerGold” QSC-nin və “Daşkəsən Dəmir Filiz” MMC-nin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Daşkəsəndə Birinci və İkinci Qarabağ müharibəsində şəhid olmuş döyüşçülərin və qazilərin ailələri ziyarət olunub, bayramları təbrik edilib, onlara qurban payı və ərzaq bağlaması verilib.
Vətən uğrunda həlak olmuş qəhrəman oğullarımızın ehtiramla anıldığı görüşlərdə bildirilib ki, torpaqlarımızın hər bir qarışının işğaldan azad edilməsi üçün canından keçən şəhidlərimizlə, qazilərimizlə, Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti ilə fəxr edir, qürur duyuruq. Həmçinin vurğulanıb ki, möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyeva tərəfindən respublikamızda olduğu kimi Daşkəsən rayonunda da şəhid ailələrinə və qazilərə ən yüksək səviyyədə diqqət və qayğı göstərilir, onların sosial məsələlərinə daim həssaslıqla yanaşılır, problemlərinin həlli istiqamətində mütəmadi olaraq aidiyyəti qurumlarla birgə tədbirlər həyata keçirilir.
Daşkəsənli şəhid ailələri və qazilər hər zaman onlara göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.