Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə Qurban bayramı ərəfəsində heyvan kəsimi məntəqəsində və ət satışı mağazalarında monitorinqlər keçirilib

05 iyun 2025 | 17:25

Qurban bayramı günlərində qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun həyata keçirilməsi, qeyri-qanuni yerlərdə heyvan satışı və ət kəsiminin qarşısının alınması və digər məsələlərlə bağlı Daşkəsən rayonunda müvafiq qurumların əməkdaşlarından ibarət İşçi Qrupu yaradılıb.

Daşkəsən Rayon İcra Hakimiyyətinin,  Qida Təhlükəsizliyi Agentliyinin və Daşkəsən rayon Polis Şöbəsinin əməkdaşlarından ibarət İşçi Qrupu üzvlərinin iştirakı ilə rayon ərazisində fəaliyyət göstərən heyvan kəsimi məntəqəsində və ət satışı mağazalarında növbəti monitorinqlər keçirilib, izahat işləri aparılıb və bəzi sahibkarlara xəbərdalıqlar olunub. Eyni zamanda diqqətə çatdırılıb ki, vətəndaşlar və sahibkarlar qurbanlıq heyvanların kəsimini yalnız Qida Təhlükəsizliyi Agentliyində qeydiyyatdan keçmiş kəsim məntəqəsində həyata keçirməli və heyvanlar kəsimindən əvvəl baytar həkimlər tərəfindən müayinə olunmalıdır.

 Bildiririk ki, Daşkəsən rayonunun Xoşbulaq kəndində bütün tələblərə cavab verən heyvan kəsimi məntəqəsi fəaliyyət göstərir. Sakinlər və sahibkarlar heyvan kəsimi məntəqəsinə müraciət edə bilərlər.

Bir daha qeyri-qanuni heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və bu sahədə qanunsuz fəaliyyət göstərməməyə çağırırıq.

Daşkəsən rayonunda bu cür monitorinqlər davam etdiriləcək.

Keçidlər