Daşkəsəndə qış tətili günlərində məktəblilər üçün film nümayişləri təşkil olunub
Qış tətili günlərində məktəblilərin asudə vaxtının səmərəli təşkili məqsədilə Daşkəsən rayon Heydər Əliyev Mərkəzində film nümayişləri təşkil olunub.
Tədbirin keçirilməsində məqsəd uşaqlarda milli-mənəvi dəyərlərə bağlılığın gücləndirilməsi, tarixi əhəmiyyət kəsb edən filmlərin təbliği və onların dünyagörüşünün artırılmasıdır. Nümayiş olunan “Dolu” və “Qırxıncı paralel” filmləri, o cümlədən “Çırtan”, “Qoğal”, “Tıq-tıq xanım” və “Şəngülüm, Şüngülüm, Məngülüm” cizgi filmləri maraqla qarşılanıb.
Qeyd edək ki, film nümayişlərindən sonra məktəblilər Ümummilli Lider Heydər Əliyevin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar, fotoşəkillər və sənədlərlə tanış olublar. Onlara Mərkəzdə yaradılmış guşələr, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin inkişafındakı misilsiz xidmətləri barədə ətraflı məlumat verilib.






