Daşkəsəndə qəbiristanlıq ərazisində geniş təmizlik aksiyası keçirilib
04 dekabr 2025 | 13:42
Dekabrın 4-də “Konstitusiya və Suverenlik İli” çərçivəsində Daşkəsən Rayon İcra Hakimiyyətinin, Daşkəsən şəhər Kommunal Müəssisələri Kombinatının, “AzerGold” QSC-nin, “Daşkəsən Dəmir Filiz” MMC-nin və Qabaqtəpə bələdiyyəsinin birgə təşkilatçılığı ilə Zağalı kənd qəbiristanlığında geniş təmizlik və səliqə-sahman işləri görülüb.
Tədbirin məqsədi ətraf mühitin qorunması ilə yanaşı ictimaiyyət arasında təmizlik mədəniyyətinin təşviq edilməsidir.
Aksiya zamanı 10 hektara yaxın ərazidə alaq otları biçilib, habelə bərk və məişət tullantılarının toplanması, daşınması təmin edilib. Həmçinin ərazidəki ağaclara aqrotexniki qulluq göstərilib.






