Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış olub

25 iyul 2025 | 17:12

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov və Əmək və Əhalinin Sosial müdafiəsi naziri Anar Əliyev özünüməşğulluq proqramı çərçivəsində rayon sakinləri – müharibə ilə əlaqədar əlilliyi olan Nəsibov Tural Əbutalıb oğlu və Ağayev Seyidəmir Mirağa oğlu üçün qurulmuş kiçik təsərrüfatlara baxış keçiriblər.

Özünüməşğulluq proqramının dəstəyi ilə aktivlər verilməklə Tural Nəsibov üçün dəmirçi sexi, Seyidəmir Ağayev üçün dülgər sexi qurulub. Onlar işsiz və işaxtaran şəxslərin kiçik biznesə çıxışına imkan yaradılması, öz təsərrüfatlarını yaratmaları üçün göstərilən dəstəyə görə dövlətimizin başçı cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. 

Qeyd  edək ki, ötən dövrdə özünüməşğulluq proqramı çərçivəsində Daşkəsən rayonunda 257 şəxs üçün kiçik təsərrüfatlar qurulub. 

 

Keçidlər