Daşkəsəndə növbəti qanvermə aksiyası keçirilib
Avqustun 31-də Səhiyyə Nazirliyi “Respublika Qan Bankı” Publik Hüquqi Şəxslə Daşkəsən Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı, Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində növbəti qanvermə aksiyası baş tutub.
Aksiyada Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, rayon sakinləri, müxtəlif idarə, müəssisə və təşkilatların əməkdaşları, eləcə də könüllülər iştirak edərək qanvermə aksiyasına öz töhfələrini veriblər.
Qanvermə zamanı donorların sağlamlıq vəziyyəti mütəxəssislər tərəfindən yoxlanılıb, qanvermə prosesi tibbi personalın nəzarəti altında həyata keçirilib.
Yığılan qan ehtiyatı xüsusi laboratoriyada müayinədən sonra qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaq.






