Daşkəsəndə “Neftçilər yeni dövrün yaşıl enerji mühəndisləri kimi” layihəsi çərçivəsində tədbir keçirilib
Oktyabrın 1-də Daşkəsən rayon Heydər Əliyev Mərkəzində Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi və “Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı” İctimai Birliyinin təşkilatçılığı ilə “Neftçilər yeni dövrün yaşıl enerji mühəndisləri kimi” layihəsi çərçivəsində keçirilən tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə BP şirkətinin maliyyəsi əsasında icra olunub. Məqsəd iqlim dəyişikliyi ilə mübarizə kontekstində yerli və regional səviyyədə maarifləndirmənin artırılması, həmçinin yaşıl enerji sistemlərinə keçid prosesinin təşviqidir.
Tədbirdə Daşəsən Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Elmar Əliyev, layihə rəhbəri Həmid Xəlilov, təlimçi-ekspertlər Amin Məmmədov və Sadıq Həsənov, gənclər, o cümlədən "Sonsuz Baxış" Gənclər Təşəbbüs Qrupunun könüllüləri iştirak ediblər.
Təlimçi-ekspertlər müasir ekoloji çağırışlar və bərpaolunan enerji texnologiyaları haqqında geniş təqdimatlar ediblər. Təqdimatlarda son illər ölkəmizdə iqlim dəyişikliyinin fəsadlarının azaldılması, alternativ enerji mənbələrinin payının artırılması və ölkəmizin “yaşıl enerji” ölkəsinə çevrilməsi sahəsində aparılan dövlət siyasəti və görülən işlər diqqətə çatdırılıb.
Sonda diskussiya aparılıb və iştirakçıların sualları cavablandırılıb.






