Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair maarifləndirici tədbir keçirilmişdir.

12 oktyabr 2023 | 16:20

Daşkəsən rayonunda “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın müvafiq bəndinin icrası ilə əlaqədar maarifləndirici tədbir keçirilmişdir.

Tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul işçiləri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə rayon Komissiyasının üzvləri, Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları və digər məsul şəxslər iştirak etmişdir.

Daşkəsən RPŞ-nin rəisi, polis polkovniki Seymur Əfəndiyev çıxış edərək dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın gətirdiyi bəlalardan, insan sağlamlığı üçün təhlükələrdən, eləcə də narkotik vasitələrə yaranan asılılıqdan və ölkəmizdə narkomanlığa qarşı aparılan mübarizədən danışmış, gənclərin inkişafı üçün sağlam həyat tərzi keçirməyin vacibliyini qeyd eetmiş, zərərli vərdişlərin doğurduğu fəsadlar haqqında onları vaxtında məlumatlandırmağın əhəmiyyətini vurğulamışdır.

Tədbirdə narkotik tərkibli yabanı bitkilərin morfoloji görkəmini əks etdirən fotoşəkillər və maarifləndirici videoçarx nümayiş etdirilmişdir.

Tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında müzakirələr aparılıb.

Keçidlər