Daşkəsəndə narkotik tərkibli bitkilərin morfoloji görkəmini əks etdirən tablo və fotoalbomlar vasitəsilə onların zərərli xassələri ilə bağlı maarifləndirmə işi aparılıb
Martın 6-da Daşkəsən Rayon İcra Hakimiyyəti, Daşkəsən Rayon Polis Şöbəsi, Daşkəsən rayonu üzrə Təhsil sektoru və Daşkəsən rayonu üzrə Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə Daşkəsən şəhər A. Mürsəlov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdləri üçün maarifləndirici tədbir keçirilib.
Tədbir çərçivəsində narkotik tərkibli bitkilərin morfoloji xüsusiyyətlərini əks etdirən tablolar və fotoalbomlar nümayiş etdirilib. Həmin bitkilərin insan sağlamlığına, xüsusilə də gənclərin fiziki və psixoloji inkişafına vurduğu ciddi zərərlər barədə ətraflı məlumat verilib. Narkomaniyanın cəmiyyət üçün təhlükəli sosial problem olduğu vurğulanaraq, bu bəlanın qarşısının alınmasında maarifləndirmə tədbirlərinin və gənclərin düzgün istiqamətləndirilməsinin vacibliyini bildirilib.
Məktəblilərə narkomaniyanın zərərləri və sağlam həyat tərzinin əhəmiyyəti barədə bukletlər də təqdim olunub.
Sonra “Narkomaniya – bəşəriyyətin bəlası” adlı videoçarx nümayiş etdirilib və şagirdləri maraqlandıran suallar cavablandırılıb.






