Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə narkomaniyaya, zərərəli vərdişlərə və erkən nikaha qarşı növbəti maarifləndirici tədbir keçirilib

29 oktyabr 2025 | 17:21

Oktyabrın 29-da Daşkəsən Rayon İcra Hakimiyyətinin, Daşkəsən Rayon Polis Şöbəsinin, Daşkəsən Rayon Prokurorluğunun və Təhsil Sektorunun birgə təşkilatçılığı ilə Daşkəsən şəhər A.Mürsəlov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilən maarifləndirici tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, Daşkəsən rayon prokuroru Şahin İmanov, Daşkəsən Rayon Polis Şöbəsinin rəisi Məhəmməd Əhmədbəyli, ümumtəhsil məktəblərinin direktorları, yuxarı sinif şagirdləri, müəllimlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirin məqsədi yeniyetmə və gənclərin bu cür sosial bəlalara qarşı bilik və məlumatlılıq səviyyəsini artırmaq, onları sosial təhlükələrdən və zərərli vərdişlərdən qorumaq, habelə erkən nikahların fəsadları barədə xəbərdar etmək olub.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəli sükutla anılıb.

İcra başçısı Orxan Abbasov çıxışında bildirib ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dövlət səviyyəsində gənclərin sağlam və təhlükəsiz mühitdə böyüməsi, onların mənəvi və fiziki inkişafı üçün mühüm addımlar atılır. Narkomaniya, erkən nikah və digər zərərli vərdişlər isə bu məqsədlərə ciddi maneə yaradan sosial problemlərdir. Gənclər gələcəyin təməlidir və onların düzgün istiqamətləndirilməsi, sağlam həyat tərzinə yönəldilməsi təkcə ailənin deyil, həm də məktəbin, cəmiyyətin və dövlət qurumlarının birgə vəzifəsidir.   

Polis rəisi Məhəmməd Əhmədbəyli hüquq-mühafizə orqanlarının bu istiqamətdə gördüyü profilaktik və hüquqi tədbirlərdən danışıb. Diqqətə çatdırıb ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi, istifadəsi və təbliği qanunvericiliklə qəti şəkildə qadağandır və bu cür hərəkətlər ciddi hüquqi məsuliyyət yaradır. 

 Sonra xüsusi hazırlanmış maarifləndirici videoçarxlar nümayiş etdirilib. Videoçarxlarda narkomaniyanın və uşaq nikahlarının real həyatda yaratdığı problemlər, bu prosesə məruz qalan şəxslərin həyat hekayələri və mütəxəssis rəyləri yer alıb. Videolar iştirakçılar tərəfindən böyük maraqla izlənilib və dərin təəssürat yaradıb.

Sonda məktəblilərlə açıq diskussiya aparılıb, onların sualları cavablandırılıb və bu cür hallarla rastlaşdıqda kimlərə müraciət edə biləcəkləri izah edilib.

 

Keçidlər