Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə məktəblilərlə "Narkomaniyaya qarşı mübarizə və uşaqları zərərli vərdişlərdən qoruyaq" mövzusunda maarifləndici görüş keçirilib

24 sentyabr 2025 | 16:29

Sentyabrın 24-də Daşkəsən Rayon İcra Hakimiyyətinin, Daşkəsən Rayon Polis Şöbəsinin, rayon üzrə Gənclər və İdman Sektorunun və Təhsil Sektorunun birgə təşkilatçılığı ilə Daşkəsən şəhər A.Mürsəlov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilən növbəti maarifləndirici görüşdə Daşkəsən RİHBA-nın Hüquq şöbəsinin məsləhətçisi Əli İsmayılov, Daşkəsən Rayon Polis Şöbəsi rəisi, polis polkovniki Məhəmməd Əhmədbəyli, Rayon Polis Şöbəsinin əməkdaşları, Gənclər və İdman Sektorunun baş məsləhətçisi Etibar Verdiyev, Təhsil Sektorunun əməkdaşı Fərid Cavadov, məktəbin direktoru Gülzadə Tağıyeva, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.

Tədbirin məqsədi məktəbliləri narkomaniyanın zərərləri haqqında məlumatlandırmaq,  onlara sağlam həyat tərzinin vacibliyini çatdırmaq, narkotik vasitələrdən və zərərli vərdişlərdən uzaq durmağı təşviq etmək olub.  

Daşkəsən Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Məhəmməd Əhmədbəyli çıxışında yeniyetmə və gənclərin narkomanlıq və digər zərərli vərdişlərdən qorunması və gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi istiqamətində ölkəmizdə həyata keçirilən islahatlardan, Prezident cənab İlham Əliyevin 17 sentyabr 2025-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”ndan söz açıb. 

Digər çıxışlarda da sağlam həyat tərzinin müstəsna əhəmiyyəti vurğulanaraq, narkomaniyanın insan və cəmiyyət üçün zərərləri haqında ətraflı məlumat verilib.

Sonda mövzuya dair müzakirə aparılıb, şagirdlərin fikirləri dinlənilib, sualları cavablandırılıb və maarifləndirici videoçarx nümayiş etdirilib.

Keçidlər