Daşkəsəndə məktəblilər üçün yol hərəkəti qaydalarına dair növbəti maarifləndirici məşğələ təşkil olunub
Məktəblilər üçün keçirilən yol hərəkəti qaydaları mövzusunda maarifləndirici məşğələdə Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı Aparatının əməkdaşları Elxan Hüseynzadə və Rəşad Qurbanov, Daşkəsən Rayon Polis Şöbəsinin Yol Patrul Xidmətinin inspektorları Firdovsi Məmmədov və Asif Məmmədov, eləcə də məktəbin müəllimləri iştirak ediblər.
Məşğələ zamanı yol hərəkəti qaydaları, piyada keçidlərindən düzgün istifadə, yol nişanlarının mənası və küçələrdə təhlükəsiz davranış qaydaları barədə ətraflı məlumat verilib. Şagirdlərə yolu keçərkən diqqətli olmaq, nəqliyyat vasitələrinin hərəkətini nəzərə almaq, müəyyən edilmiş keçidlərdən istifadə etmək və yolun hərəkət hissəsində ehtiyatlı davranmaq tövsiyə olunub.
Polis əməkdaşları tərəfindən məktəblilərin mövzu ilə bağlı sualları cavablandırılıb, yol hərəkəti qaydalarının gündəlik həyatda tətbiqinin vacibliyi izah edilib.
Daşkəsəndə məktəblilər arasında yol hərəkəti qaydalarının təbliği istiqamətində maarifləndirmə tədbirlərinin davam etdirilməsi nəzərdə tutulur.






