Daşkəsəndə məktəblilər üçün yol hərəkəti qaydalarına dair maarifləndirici məşğələlər təşkil olunub
Daşkəsən rayon məktəbliləri üçün təşkil olunan yol hərəkəti qaydaları mövzusunda maarifləndirici məşğələlərdə Daşkəsən RİHBA-nın Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının əməkdaşları Elxan Hüseynzadə, Rəşad Qurbanov, Daşkəsən Rayon Polis Şöbəsinin Yol Patrul Xidmətinin inspektorları Samir Verdiyev, Eldar Adamov və məktəbin müəllimləri iştirak ediblər.
Tədbir zamanı uşaqlara piyadaların hərəkət qaydaları, yol nişanlarının mənaları, təhlükəsiz keçid üsulları haqqında ətraflı məlumat verilib və mövzu ilə bağlı bukletlər paylanıb.
İnteraktiv sual-cavab formatında keçirilən məşğələlərdə şagirdlərə real yol vəziyyətlərini əks etdirən nümunələr də təqdim olunub. O cümlədən piyada keçidindən keçmə qaydası əyani şəkildə izah edilib.
Daşkəsəndə məktəblilər arasında yol hərəkəti qaydalarının təbliğinə dair maarifləndirici tədbirlər davam etdiriləcəkdir.






