Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Daşkəsəndə məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə seminar keçirilib

29 oktyabr 2026 | 16:17

Oktyabrın 29-da Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkil etdiyi seminar Nazirlər Kabinetinin 24 fevral 2020-ci il tarixli 71s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020–2025-ci illər üçün Tədbirlər Planı”nın 2.2.10-cu və 2.2.12-ci yarımbəndlərinin icrası məqsədi daşıyıb.

Rayonun məktəbəqədər təhsil müəssisələri rəhbərlərinin iştirakı ilə keçirilən seminarı Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları Elxan Hüseynzadə və Elmar Əliyev aparıblar.

Seminarda məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətinə nəzarətin gücləndirilməsi, onların sayının artırılması, tək və çoxuşaqlı anaların bu müəssisələrin xidmətlərindən istifadə imkanlarının genişləndirilməsi, eləcə də həmin analar üçün müvafiq güzəştlərin tətbiqi məsələləri müzakirə olunub, qarşıda duran vəzifələr müəyyən edilib.

Keçidlər