Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Daşkəsəndə məişət zorakılığına qarşı maarifləndirmə tədbirləri çərçivəsində informasiya bülletenləri hazırlanaraq əhali arasında paylanıb

13 mart 2026 | 16:46

Daşkəsən Rayon İcra Hakimiyyətinin “Sonsuz Baxış” Gənclər Təşəbbüs Qrupunun könüllüləri ilə birgə həyata keçirdiyi təşəbbüsün məqsədi vətəndaşları məişət zorakılığının fəsadları, hüquqi məsuliyyəti və zərərçəkən şəxslərin müraciət edə biləcəyi qurumlar barədə məlumatlandırmaqdır.

Hazırlanan bülletenlərdə məişət zorakılığının növləri, onun qarşısının alınması yolları və zərərçəkmiş şəxslərə göstərilən sosial-psixoloji və hüquqi dəstək mexanizmləri barədə məlumatlar yer alıb.

Maarifləndirici materiallar müxtəlif ictimai məkanlarda, o cümlədən insanların sıx olduğu yerlərdə paylanaraq sakinlərin diqqətinə çatdırılıb, eyni zamanda, izah işi aparılıb.

Keçidlər