Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş intellektual yarış keçirilib

18 aprel 2025 | 12:46

Aprelin 18-də Daşkəsən Rayon İcra Hakimiyyətinin, Daşkəsən rayon Heydər Əliyev Mərkəzinin və Daşkəsən rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə keçirilən tədbir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Giriş nitqi ilə çıxış edən Daşkəsən RİH-nin məsul işçisi Elmar Əliyev yarış iştirakçılarını Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun adından salamlayaraq, komandalara uğurlar arzulayıb. Bildirib ki, Prezident cənab İlham Əliyevin Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması ölkəmizdə hüquqi dövlət prinsiplərini və suverenlik ideyasını daha geniş şəkildə təbliğ etmək məqsədi daşıyır.

Tədbirin əhəmiyyətindən söz açan Daşkəsən rayon Heydər Əliyev Mərkəzinin direktoru Nailə Məmmədova deyib ki, Azərbaycan xalqı bu gün əsrlər boyu arzusu ilə yaşadığı, uğrunda mübarizə apardığı müstəqil, suveren, qalib dövlətə sahibdir. Qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin canı, qanı bahasına xalqımızın tükənməz milli sərvəti - ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olunmuşdur. Bütün ölkə ərazisində Konstitusiya quruluşumuz bərqərar edilmişdir. Bu il xalqımız böyük qürur və fəxarət hissi ilə müəllifi Ümummilli Lider Heydər Əliyev olan Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış tarixi Zəfərin 5-ci ildönümünü böyük təntənə ilə qeyd edəcəkdir.

Hər birində 4 iştirakçı olmaqla 9 komanda 2 mərhələdə birincilik uğrunda mübarizə aparıb. İştirakçılara Azərbaycanın Konstitusiyasının qəbul edilməsi, ölkəmizin hüquqi, dünyəvi dövlət quruculuğunda keçdiyi tarixi yol, suverenliyimizin və ərazi bütövlüyümüzün qorunması, Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər, qəhrəman şəhidlərimiz, habelə müxtəlif mövzularda suallar ünvanlanıb. Maraqlı və gərgin mübarizə şəraitində keçən intellektual yarışda “Zirvə” komandası bütün mərhələlərdə fərqlənərək 1-ci yerə layiq görülüb.

Qalib komanda mükafatlandırılıb.

Keçidlər