Daşkəsəndə "Konstitusiya və Suverenlik İli"nə həsr olunan maarifləndirici bukletlər paylanıb və rayon ərazisində bannerlər yerləşdirilib
Prezident cənab İlham Əliyevin 2025-ci il 11 fevral tarixli 477 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq, Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən silsilə tədbirlər çərçivəsində rayonun mərkəzi küçələrində, inzibati binalarda, məktəblərdə və digər ictimai məkanlarda əhaliyə "Konstitusiya və Suverenlik İli" mövzusunda hazırlanmış maarifləndirici bukletlər paylanılıb. Bukletlərdə Azərbaycan Respublikasının Konstitusiyasının əsas müddəaları, suverenlik anlayışının mahiyyəti, vətəndaşların hüquq və vəzifələri, eləcə də 2025-ci il ərzində keçirilən tədbirlərlə bağlı məlumatlar yer alıb. Təşəbbüs rayon sakinləri tərəfindən müsbət dəyərləndirilib.
Maarifləndirmə işləri təkcə çap materialları ilə məhdudlaşmayıb. Daşkəsən şəhərinin mərkəzi prospektində və yol kənarlarında “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş böyük həcmli bannerlər də yerləşdirilib.






