Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə “Konstitusiya və Suverenlik İli”nə həsr olunan “İnsan hüquqlarının konstitusion təminatları” mövzusunda maariflədirici görüş keçirilib

27 fevral 2025 | 16:44

Fevralın 27-də Ombudsmanın Qərb Regional Mərkəzi Daşkəsən Rayon İcra Hakimiyyəti ilə birgə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “İnsan hüquqlarının konstitusion təminatları” mövzusunda rayonun fəal gənclərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə hüquqi-maarifləndici tədbir təşkil edib.

Tədbir iştirakçılarını Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun adından salamlayan RİHBA-nın Hüquq şöbəsinin müdiri Ruslan Məmmədəliyev bildirib ki, Konstitusiyamızın bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq Prezident cənab İlham Əliyevin Sərəncamı ilə 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi ölkəmizin hüquqi inkişafı, demokratik dəyərlərin təşviqi və suverenliyin qorunması istiqamətində bir sıra mühüm məqsəd və vəzifələri bir araya gətirir. “İnsan hüquqlarının konstitusion təminatları" mövzusu isə konstitusiya hüququ, suverenlik və insan hüquqları kimi mühüm anlayışları əhatə edir. İnsan hüquqlarının konstitusion təminatlarının reallaşması üçün hüquqi maarifləndirmə xüsusi əhəmiyyət daşıyır. İnsan hüquqları haqqında məlumatlılığı artırmaq cəmiyyətdə sosial ədaləti və insan ləyaqətini daha da gücləndirir.

Ombudsmanın Qərb Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov məruzəsində diqqətə çatdırıb ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində həyata keçirilən tədbirlər Konstitusiyamızın insan hüquqlarının müdafiəsi və inkişafında müstəsna əhəmiyyətini bir daha gündəmə gətirir. İnsan hüquqları cəmiyyətin əsasını təşkil edən dəyərlərdən biridir və onların qorunması qanunvericilik sisteminin tərkib hissəsini formalaşdırır. Çünki hüquqi sistemlərin təməlini insan hüquqlarının təminatı təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizin hüquqi əsaslarını müəyyən etməklə yanaşı, vətəndaşların hüquq və azadlıqlarını əhatə edən fundamental prinsipləri özündə birləşdirir. Müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası demokratik hüquqi dövlət qurmağı ən ümdə vəzifələrdən biri hesab edərək, insan hüquqlarının müasir konsepsiyasını ölkə Konstitusiyası səviyyəsində tanımış və onun normativ əsasını yaratmışdır. Məhz bundan irəli gələrək 1995-ci ilin noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Konstitusiyamızda insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətmizin ali məqsədi kimi bəyan edilmişdir (maddə 12). Konstitusiyanın “Əsas insan və vətəndaş hüquqları və azadlıqları” adlanan 3-cü fəslinin (24-72 məddələr) bütün mətni insana, insan ləyaqətinə, insan hüquqlarına hörmət ruhunda tərtib olunmuşdur. Bəşər sivilizasiyasının iki mütərəqqi ideyasına – konustitusionalizm və insan hüquqlarının müdafiəsi ideyalarına – bağlılıq Azərbaycan Respublikasının Konstitusiyasında özünün parlaq ifadəsini tapmışdır.

S.Abbasov suverenliyin insan hüquqları ilə əlaqəsi, dövlətin suveren hüquqları və vətəndaşların hüquqları arasında balansı mövzusundan da bəhs edib. Deyib ki, dövlətin suverenliyi və insan hüquqları arasında mürəkkəb və həssas bir əlaqə mövcuddur.  Suverenlik dövlətin öz ərazisi daxilində ali hakimiyyətə malik olması, daxili və xarici siyasətini müstəqil şəkildə müəyyən etmək hüququ deməkdir. Suverenlik dövlətin mövcudluğu, sabitliyi və təhlükəsizliyi üçün vacibdir. İnsan hüquqları isə hər bir insanın doğuşdan sahib olduğu hüquq və azadlıqlardır. Bunlara yaşamaq hüququ, təhsil hüququ,  ifadə azadlığı, vicdan azadlığı, yaradıcılıq azadlığı və s. daxildir. İnsan hüquqları hər bir insanın ləyaqətini qorumaq, ona layiqli həyat tərzi təmin etmək üçün vacibdir. Dövlətin suveren hüquqları və vətəndaşların hüquqları arasında balans yaratmaq çox vacibdir. Dövlət, suverenliyini qoruyarkən insan hüquqlarına hörmət etməli və onları təmin etməlidir. Digər tərəfdən, insan hüquqları dövlətin suverenliyini sarsıtmamalı, dövlətin qanuni fəaliyyətinə mane olmamalıdır.

Tədbir mövzu ətrafında diskusiya ilə davam edib.

Sonda “Konstitusiya və Suverenlik İli”nə həsr edilən "Dövlətin əsasları" filmi nümayiş olunub.

Keçidlər