Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə “Konstitusiya və Suverenlik İli”nə həsr olunan 15-ci ənənəvi Kitab bayramı keçirilib

22 may 2025 | 15:00

Mayın 22-də Daşkəsən Rayon İcra Hakimiyyətinin və Daşkəsən rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində təsdiq olunmuş Tədbirlər Planına əsasən rayonun Heydər Əliyev Mərkəzinin qarşısında təşkil olunan 15-ci ənənəvi Kitab bayramında Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, mədəniyyət işçiləri, şəhid anaları, qazilər, fəal oxucular, ictimaiyyət nümayəndələri, sakinlər və məktəblilər iştirak ediblər.

İctimai-mədəni tədbirdə müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin irsindən, eyni zamanda Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın həyat və fəaliyyətindən bəhs edən kitablar, milli nəşr mədəniyyətimizdən nümunələr, Azərbaycan klassiklərinin və çağdaş ədəbiyyatımızın, eləcə də dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləri, daşkəsənli yazarların nəşrləri sərgilənib.

Əvvəlcə tədbir iştirakçıları kitablardan və əl işlərindən ibarət sərgilərə baxıblar.

Tədbiri giriş sözü ilə açan Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov bildirib ki, dünya şöhrətli siyasi xadim Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ölkəmizin hərtərəfli inkişaf strategiyası onun layiqli siyasi varisi möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident  cənab İlham Əliyevin rəhbərliyi ilə  Azərbaycanda kitabxana işinin inkişafına böyük diqqət və qayğı göstərilir, dövrün tələblərinə uyğun islahatlar aparılır. Bu həm də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin mədəni quruculuq siyasətinin yüksək səviyyədə davam etdirilməsinin göstəricisidir.

Çıxış edən Daşkəsən rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Alidə Mustafayeva, Daşkəsən rayon Xoşbulaq kənd 2 nömrəli kitabxana filialının müdiri şəhid anası Aybəniz Abdullayeva və digər natiqlər Kitab bayramının keçirilməsinin əhəmiyyətindən söz açıblar. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyev kitaba, kitabxanaya, ədəbiyyata, milli-mənəvi dəyərlərimizə daim diqqət yetirmişdir. Bunun nəticəsidir ki, Ulu Öndərin hakimiyyəti illərində bir sıra şəhərlərdə və rayon mərkəzlərində yeni kitabxana binaları tikilmiş, respublika kitabxana şəbəkəsinin sürətli inkişafı, kitabxanaçı kadrların hazırlanması sahəsində səmərəli tədbirlər həyata keçirilmiş, kitabxanaların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində bütün zəruri addımlar atılmışdır. Hazırda bu sahənin təkmilləşdirilməsi və zənginləşdirilməsi Prezident cənab İlham Əliyevin dövlət siyasətinin əsas prioritetləri sırasında xüsusi yer tutur.

Yaradıcı kollektivlərin hazırladıqları rəngarəng kompozisiyalar, bədii qiraət nümunələri, mahnı və rəqslər tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Kitab bayramı şən ovqatla başa çatıb.

Keçidlər