Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Daşkəsəndə “Konstitusiya və Suverenlik İli” çərçivəsində "Şanlı Zəfər Tariximiz" adlı növbəti tədbir keçirilib

08 oktyabr 2025 | 16:07

Oktyabrın 7-də Daşkəsən Rayon İcra Hakimiyyətinin və Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin  birgə təşkilatçılığı ilə növbəti "Şanlı Zəfər Tariximiz" adlı tədbir Daşkəsən rayonunun Əmirvar-Əhmədli kənd S.Ələkbərov adına ümumi orta ümumtəhsil məktəbində keçirilib.

Tədbirin məqsədi Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərin təbliği, məktəblilərdə vətənpərvərlik hisslərinin möhkəmləndirilməsi, onlara dövlətçilik ənənələrimiz, suverenliyimiz və ərazi bütövlüyümüz barədə məlumatların verilməsi, habelə milli-mənəvi dəyərlərin aşılanması olub.

Tədbir Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Sonra 44 günlük Vətən müharibəsinin gedişindən, rəşadətli Ordumuzun göstərdiyi misilsiz qəhrəmanlıqdan və Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında xalqımızın sarsılmaz birliyindən bəhs edən sənədli film təqdim olunub. Film məktəblilər tərəfindən böyük maraqla izlənilib, onlarda fəxarət, Vətənə sevgi hissləri oyadıb.

Filmin nümayişindən sonra məktəblilər arasında Zəfər tariximizə dair viktorina keçirilib. Şagirdlər biliklərini sınayıblar. Fəallığı ilə seçilənlər xüsusi döş nişanları ilə mükafatlandırılıblar.

Tədbirin sonunda şagirdlər və məktəbin müəllimləri "Əsgərə məktub" layihəsi çərçivəsində əsgərlərimizə ürək sözlərini və xoş arzularını əks etdirən məktublar yazıblar.

 

Keçidlər