Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti ağacəkmə aksiyaları Qazaxyolçular, Xoşbulaq, Çovdar, Qabaqtəpə və Çanaqçı kəndlərində keçirilib

04 aprel 2025 | 16:57

Aprelin 4-də Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qazaxyolçular, Xoşbulaq, Çovdar, Qabaqtəpə və Çanaqçı kəndlərində keçirilmiş növbəti ağacəkmə aksiyaları Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun Vətən müharibəsi şəhidi Muraz Cabbarovun anası Zeynəb Cabbarova ilə birgə ağac əkməsi ilə başlayıb. Rayonun ekoloji görkəminin yaxşılaşdırılması məqsədi daşıyan aksiyalarda məsul şəxslər, sakinlər, gənc könüllülər və ictimaiyyət fəalları iştirak ediblər.

Ağacəkmələrin keçirildiyi ərazilər əvvəlcədən hazırlanaraq, suvarma və qulluq üçün uyğun vəziyyətə gətirilib. Aksiyalar zamanı yol kənarlarında, məktəb həyətlərində və digər ictimai məkanlarda müxtəlif növ ağac tingləri əkilib, mövcud yaşıllıqlara qulluq göstərilib.

Daşkəsən rayonunda “Konstitusiya və Suverenlik İli”nə həsr olunan çoxsaylı ekoloji tədbirlər qanunvericilik prinsipləri ilə ekoloji məsuliyyətin harmoniyasını təmsil edir. Əkilən ağaclar rayonun ekologiyasına töhfə olmaqla yanaşı, gələcək nəsillər üçün də təbii bir irs kimi qalacaqdır.    

Keçidlər