Daşkəsəndə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Məişət zorakılığı ilə mübarizə” mövzusunda məlumatlandırma keçirilib
Mayın 22-də Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Daşkəsən qəsəbə ümumi orta ümumtəhsil məktəbinin yuxarı sinif şagirdləri ilə maarifləndirmə aparılıb. Tədbirdə Daşkəsən RİH-nin məsul şəxsləri Elmar Əliyev, Elxan Hüseynzadə, Daşkəsən Rayon Polis Şöbəsinin inspektoru Samin Qurbanov, Daşkəsən rayon Təhsil Sektorunun əməkdaşı Fərid Cavadov, Daşkəsən rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin əməkdaşı Laçın Paşayeva və məktəbin direktoru Şaiq Kazımov iştirak ediblər.
Maarifləndirmənin məqsədi şagirdlərə məişət zorakılığı anlayışı, onun formaları, fəsadları və qarşısının alınması yolları barədə məlumat vermək olub.
Çıxış edənlər zorakılığın həm fiziki, həm də psixoloji təsirləri barədə danışaraq, belə hallarla qarşılaşdıqda hansı qurumlara müraciət etmək lazım olduğunu izah ediblər.
Mövzuya dair fikir mübadiləsindən sonra şagirdlərin sualları cavablandırılıb.