Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Korrupsiyaya yox deyək!” adlı növbəti maarifləndirici tədbir keçirilib

28 noyabr 2025 | 17:04

Noyabrın 28-də Daşkəsən Rayon İcra Hakimiyyəti Daşkəsən rayon Heydər Əliyev Mərkəzi ilə birgə “Korrupsiyaya yox deyək!” adlı növbəti maarifləndirici tədbir təşkil edib.

“Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən tədbir Azərbaycan Respublikası Prezidentinin “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” 2022-ci il 4 aprel tarixli  3199 nömrəli Sərəncamının müvafiq bəndlərinin icrasını təmin etmək, həmçinin ictimaiyyəti antikorrupsiya sahəsində maarifləndirmək, şəffaflığı artırılmaq və ictimai nəzarəti gücləndirmək məqsədi daşıyıb.

Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlanan toplantıda RİH-nin məsul əməkdaşları, mədəniyyət işçiləri, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Daşkəsən RİHBA-nın Hüquq şöbəsinin məsləhətçisi Əli İsmayılov və Daşkəsən rayon Heydər Əliyev Mərkəzinin direktoru Nailə Məmmədova çıxışlarında korrupsiyanın dövlət quruculuğuna və sosial-iqtisadi inkişafa mənfi təsirlərindən bəhs edərək, vətəndaşların bu mübarizədə fəal iştirakının vacibliyini vurğulayıblar.

Tədbirdə həmçinin korrupsiyanın qarşısının alınmasına dair hüquqi baza, şikayət mexanizmləri, şəffaf idarəçilik prinsipləri və etik davranış qaydaları barədə məlumatlar verilib, mövzuya dair videoçarx nümayiş etdirilib.

Sonda iştirakçıların sualları cavablandırılıb və müzakirə aparılıb.

 

 

Keçidlər