Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə “Konstitusiya və Suverenlik İli” çərçivəsində gənclər arasında ailə dəyərləri təbliğ olunub

08 aprel 2025 | 09:49

Aprelin 8-də Daşkəsən Rayon İcra Hakimiyyəti Daşkəsən rayonu üzrə Təhsil sektoru ilə birgə “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”na əsasən Daşkəsən şəhər S.Vurğun adına 4 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdləri ilə maarifləndirici görüş keçirib.

Tədbirin məqsədi yeniyetmə və gənclərin milli-mənəvi dəyərlərə bağlılığını möhkəmləndirmək, onların ailə və cəmiyyət qarşısında məsuliyyətli vətəndaş kimi yetişmələrinə töhfə vermək, vətənpərvərlik ruhunu gücləndirmək və cəmiyyətin təməl sütünlarından biri olan ailə institutunun əhəmiyyətini vurğulamaqdır.

Mövzunun müxtəlif aspektlərinə dair mühazirələrlə çıxış edən mütəxəssislər bildiriblər ki, Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci və 34-cü maddələri ailənin qorunması, valideyn məsuliyyəti, uşaqların müdafiəsi və nikah hüquqları ilə bağlı əsas hüquqi təminatları müəyyən edir. Konstitusiya ailənin hüquqi müstəvidə müdafiəsini təmin etməklə yanaşı onun mənəvi əsaslarının da qorunması üçün çağırışdır. Ailə dəyərlərinin zəifləməsi yalnız fərdi yox, bütov cəmiyyətin təməlini sarsıda bilər. Ailə dəyərlərinin qorunması və təbliği təkcə şəxsi həyatla bağlı məsələ deyil, eyni zamanda cəmiyyətin sabitliyi və mənəvi sağlamlığı üçün əsas şərtdir. Bu səbəbdən də, gənclərin bu mövzuda bilgiləndirilməsi, onlarda ailə dəyərlərinə hörmətin, qarşılıqlı anlayışın və məsuliyyət hissinin formalaşdırılması olduqca önəmlidir.

Tədbirin sonunda interaktiv müzakirələr aparılıb və sual-cavab sessiyası təşkil olunub. 

             

Keçidlər