Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 8 Noyabr – Zəfər Gününün beşinci ildönümünə həsr olunan çoxsaylı ağacəkmə aksiyaları təşkil edilib

29 oktyabr 2025 | 08:56

Oktyabrın 28-də Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Daşkəsən rayonunun müxtəlif ərazilərində “Konstitusiya və Suverenlik İli” çərçivəsində 8 Noyabr – Zəfər Gününün beşinci ildönümünə həsr olunan çoxsaylı ağacəkmə aksiyaları keçirilib.

Zəfər Gününün əhəmiyyətini və qəhrəmanlarımızın xatirəsini yaşatmaq, o cümlədən ekoloji davamlılıq, ətraf mühitin yaşıllaşdırılması və qorunması məqsədi daşıyan ağacəkmə aksiyalarında Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Vətən müharibəsi iştirakçıları və qaziləri, habelə sakinlər yüksək fəallıqla iştirak ediblər.

Aksiya çərçivəsində müxtəlif növ ağaclar əkilib, yaşıllıqlara aqrotexniki qulluq göstərilib, abadlıq və təmizləmə işləri görülüb, yeni yaşıllıq zolaqları salınıb.

Keçidlər