Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə "Konstitusiya və Suverenlik İli" çərçivəsində 28 May – Müstəqillik Gününə həsr olunan stolüstü tennis üzrə yeniyetmələr arasında rayon birinciliyi yekunlaşıb

29 may 2025 | 11:43

27-28 may tarixlərində Daşkəsən Rayon İcra Hakimiyyətinin və Daşkəsən rayonu üzrə Gənclər və İdman Sektorunun birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 28 May – Müstəqillik Gününün qeyd olunması münasibətilə yeniyetmələr arasında stolüstü tennis üzrə rayon birinciliyi keçirilib.

Yarış 1995-ci ildə qəbul olunmuş Konstitusiyamızın tarixi əhəmiyyətinin yeniyetmələrə aşılanması, dövlətçilik ənənələrinin təbliği, vətənpərvərlik ruhunun gücləndirilməsi, habelə sağlam həyat tərzinin təşviqi və stolüstü tennis idman növünə marağın artırılması məqsədi daşıyıb.

Yarışda 12–14 yaş arası 21 nəfər yeniyetmə iştirak edib. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən turnirdə iştirakçılar bacarıq və çevikliklərini nümayiş etdiriblər.

Turnirin sonunda oğlanlar və qızlar arasında ayrı-ayrılıqda qaliblər müəyyən olunub. Oğlanlar arasında I yeri Sarızadə Şəhriyar Xanlar oğlu, II yeri Mahmudov Ələkbər Arif oğlu, III yeri Süleymanov Ayxan Fəqan oğlu tutub. Qızlar arasında I yerə Bağırzadə Nüşabə Ramin qızı, II yerə İsmayılova Zeynəb Şahlar qızı, III yerə Hüseynli Fatimə Rauf qızı layiq görülüb.

Qaliblərə diplomlar təqdim olunub.

Keçidlər