Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “28 May – Müstəqillik Günü” mövzusunda esse müsabiqəsi təşkil olunub

19 may 2025 | 17:36

Mayın 19-da Daşkəsən şəhər A.Mürsəlov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində  “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”na əsasən Daşkəsən Rayon İcra Hakimiyyətinin, Daşkəsən rayonu üzrə Gənclər və İdman Sektorunun, Daşkəsən rayonu üzrə Təhsil Sektorunun və Daşkəsən rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə rayonun ümumtəhsil məktbəliləri arasında “28 May – Müstəqillik Günü” mövzusunda esse müsabiqəsi keçirilib.

Müsabiqə məktəblilərin vətənpərvərlik ruhunda tərbiyəsi, tarixi yaddaşın möhkəmləndirilməsi, dövlətçilik prinsiplərinə bağlılığın artırılması, hüquqi biliklərin və konstitusion dəyərlərin təbliği məqsədi daşıyıb.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Şagirdlər “28 May – Azərbaycan Xalq Cümhuriyyətinin əbədi izi”, “Müstəqillik – millətin iradəsi”, “Suverenlik – milli kimliyimizin əsası”, “Azərbaycan Konstitusiyası: hüquqlarımızın və azadlıqlarımızın təminatçısı”, “Tariximizi tanıyaq, dövlətimizi qoruyaq” və s. kimi mövzularda esselər yazıblar. Yazıların əsas ideyası Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, onun dövlətçilik tariximizdəki rolu, Konstitusiyamızın mahiyyəti, ölkəmizin suverenliyi, müstəqilliyimizin qorunması və bu dəyərlərin yaşadılması ətrafında formalaşıb.

Münsiflər heyəti esseləri qiymətləndirərkən şagirdlərin mövzuya yanaşması, tarixi bilik səviyyəsi, analitik düşüncə qabiliyyəti və yazı mədəniyyətinə xüsusi önəm veriblər. Müsabiqənin nəticələrinə əsasən, fərqlənən bir qrup istedadlı şagird mükafatlandırılacaqdır.  

 

Keçidlər