Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 27 Sentyabr – Anım Gününün 5-ci ildönümünə həsr olunan “Vətən sağ olsun!” adlı tədbir təşkil olunub

26 sentyabr 2025 | 16:34

Sentyabrın 26-da Daşkəsən Rayon İcra Hakimiyyətinin Daşkəsən rayon Mədəniyyət Mərkəzi və MİHİ Daşkəsən rayon komitəsi ilə birgə təşkil etdiyi 27 Sentyabr – Anım Gününün 5-ci ildönümünə həsr olunan “Vətən sağ olsun!” adlı tədbirdə şəhid ailələrinin üzvləri, qazilər, mədəniyyət işçiləri, müəllimlər, məktəblilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdən öncə iştirakçılar Daşkəsən şəhidləri üçün yaradılmış guşəyə baxış keçirib, şəhidlərin xatirəsinə güllər düzərək ehtiramlarını bildiriblər.

Toplantı müstəqil Azərbaycan Respublikasının memarı Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad etməklə başlayıb.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun adından tədbir iştirakçılarını salamlayan RİH-nin məsul əməkdaşı Elmar Əliyev bildirib ki, 27 Sentyabr – Anım Günü tariximizin ən əlamətdar, ən müqəddəs günlərindən biridir. Bu gün Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü və suverenliyi yolunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsinə dərin ehtiram əlaməti olaraq qeyd edilir. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun əsgər və zabitlərinin qəhrəmanlığı, şəhid və qazilərimizin fədakarlığı sayəsində Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış bu tarix heç vaxt unudulmayacaq.

Vətən müharibəsi qazisi Orxan Babayev, şəhid anaları Qızbəs Abbasova, Firuzə Abdullayeva, Sevda Şıxıyeva, şəhid xanımı Mətanət Ələsgərova  çıxışlarında şəhidlərin qəhrəmanlığından, onların dövlət və xalq qarşısında misilsiz xidmətlərindən danışıblar, şəhid ailələrinə və müharibə iştirakçılarına hər zaman göstərdikləri diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.

Tədbir bədii hissə ilə davam edib, mədəniyyət işçiləri və məktəblilər tərəfindən şəhidlərə həsr olunmuş şeirlər, kompozisiyalar və musiqi nömrələri təqdim olunub, videoçarxlar nümayiş etdirilib.

 

Keçidlər