Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 15 May – Beynəlxalq Ailə Günü qeyd olunub

15 may 2025 | 17:58

Mayın 15-də Daşkəsən Rayon İcra Hakimiyyəti və Daşkəsən rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən 15 May – Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbirdə dövlət qurumlarının nümayəndələri, rayon ziyalıları, nümunəvi ailələr və gənclər iştirak ediblər.

Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları Elxan Hüseynzadə, Elmar Əliyev, Daşkəsən rayon Mədəniyyət Mərkəzinin direktoru Mətanət Abdullayeva, Daşkəsən Rayon Ağsaqqallar Şurasının sədri Cavanşir Qocayev və başqaları çıxışlarında bildiriblər ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən əsası qoyulan, hazırda Prezident cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə uğurla həyata keçirilən müstəqil dövlətimizin ailə siyasəti tarixi keçmişimizə, milli-mənəvi dəyərlərimizə söykənir. Bu siyasət hər bir ailənin yaşayış səviyyəsinin yüksəldilməsinə, eyni zamanda xüsusi qayğıya ehtiyacı olan ailələrin sosial müdafiəsinin gücləndirilməsinə xidmət göstərir. Konstitusiyamızda ailə cəmiyyətin əsas özəyi kimi tanınır və onun dövlətin xüsusi himayəsində olması açıq şəkildə ifadə edilir. Prezident cənab İlham Əliyev müasir Azərbaycanın həyatında ailə dəyərlərinin önəmini yüksək qiymətləndirərək demişdir: “Ölkəmizin inkişafı, müstəqilliyimizin daha da möhkəmləndirilməsi və milli dəyərlərin tam şəkildə bərqərar edilməsi üçün ailə dəyərləri daim yüksək olmalıdır”. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyeva da milli-mənəvi dəyərlərimizin qorunmasına böyük diqqət və qayğı göstərir. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun həyata keçirdiyi çoxsaylı sosialyönümlü proqram və layihələr ailələr və uşaqlar üçün böyük dayaqdır.

Diqqətə çatdırılıb ki, Daşkəsən rayonunda da dövlət ailə siyasəti uğurla həyata keçirilir. Rayonda yaşayan xüsusi qayğıya ehtiyacı olan ailələrə mütəmadi olaraq baş çəkilir, sosial müdafiəsi gücləndirilir, onlara əlamətdar və bayram günlərində ərzaq yardımları təqdim olunur, müavinətlər verilir. Şəhid ailələri və hərbi xidmət zamanı sağlamlığını itirmiş vətəndaşların ailələri mənzillərlə təmin edilir. Dövlət ailə siyasətinin həyata keçirilməsi və dəstəklənməsi məqsədilə rayonun yaşayış məntəqələrində cəmiyyətin diqqətinin ailə məsələlərinə yönəldilməsi, ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin yaşlılara hörmət ruhunda tərbiyə olunması, ailədə sülh və dözümlülük mədəniyyətinin, sağlam həyat tərzinin təbliği istiqamətində mütəmadi olaraq maarifləndirici konfranslar, seminarlar, təlim və görüşlər keçirilir. Həmçinin ailələrin, xüsusilə qadınların məşğulluqlarının artırılması aidiyyəti qurumlarla birgə diqqət mərkəzində saxlanılır.

Çay süfrəsi arxasında davam edən tədbirdə nümunəvi uzunömürlü və gənc ailələrin üzvlərinin çıxışları dinlənilib. Çıxış edənlər ailələrə göstərilən hərtərəfli dövlət qayğısına görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər