Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunan minifutbol üzrə rayon turnirinin açılış mərasimi keçirilib və oyunlara strat verilib

26 may 2025 | 17:02

Mayın 26-da Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunan Daşkəsən rayonunun idarə, müəssisə və təşkilatları arasında minifutbol üzrə rayon turnirinin açılış mərasimində Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Turnirin keçirilməsində məqsəd Ulu Öndər Heydər Əliyev irsinin yaşadılması, minifutbol idman növünün rayonda inkişaf etdirilməsi, habelə rayonun idarə, müəssisə və təşkilatları arasında yoldaşlıq və dostluq əlaqələrinin gücləndirilməsidir.

“Daşkəsən Dəmir Filiz” MMC-nin futbol meydançasında keçirilən birincilik Dövlət Himninin səsləndirilməsi, müasir müstəqil Azərbaycan Respublikasının qurucusu, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsini yad etməklə başlayıb.

Turnirdə iştirak edən komandalara uğurlar, ədalətli mübarizə və qələbə əzmi arzulayan Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov çıxışında  deyib: “15 İyun – Milli Qurtuluş Günü xalqımızın taleyində mühüm bir mərhələ olmaqla milli iradənin təntənəsidir. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə xilaskarlıq missiyası ilə qayıdışı ölkəmizin sabitlik və inkişaf yoluna qədəm qoyması ilə nəticələndi. Bu gün Ümummilli Liderin müəyyənləşdirdiyi strateji kurs onun layiqli siyasi varisi Prezident cənab İlham Əliyev tərəfindən bütün sahələrdə uğurla davam etdirilir. Azərbaycan Respublikasının müstəqilliyi qorunur, möhkəmləndirilir və xalqımızın rifahı üçün mühüm addımlar atılır. Bu prosesin nəticəsi olaraq 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərlə torpaqlarımız işğaldan azad edilmiş, 2023-cü ildə birgünlük antiterror tədbirləri nəticəsində dövlətimiz öz suverenliyini tam bərpa etmişdir. Turnirin "Konstitusiya və Suverenlik İli" çərçivəsində keçirilməsi isə tədbirimizə əlavə xüsusi dəyər və rəmzi məna qatır. Bizə xatırladır ki, müstəqil dövlət olmaq yalnız hüquqi status deyil, həm də məsuliyyət, vətəndaşlıq borcu və tarixi yaddaşın qorunmasıdır”.

Daşkəsən şəhər Uşaq-Gənclər İdman-Şahmat məktəbinin direktoru Mübariz Mürsəlov isə çıxışında vurğulayıb ki, Ulu Öndərin bədən tərbiyəsi və idman siyasətini davam etdirən Prezident cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində Azərbaycan dünyada idman ölkəsinə çevrilmişdir.  

13 komandanın qatıldığı turnirin ilk oyunları Daşkəsən Su-Meliorasiya Sistemlərinin İstismarı İdarəsi ilə Quşçu kəndi, “Daşkəsən Dəmir Filiz” MMC ilə “Daşkəsən” Elektrik Şəbəkəsi və Daşkəsən Qaziləri ilə Daşkəsən Dövlət Yanğından Mühafizə Hissəsinin komandaları arasına keçirilib.

Qeyd edək ki, yarışın sonunda qaliblərə kubok və fəxri fərmanlar təqdim ediləcək.

Keçidlər