Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Daşkəsəndə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunan minifutbol üzrə rayon turniri başa çatıb, qaliblər təltif olunub

13 iyun 2025 | 18:37

İyunun 13-də Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunan Daşkəsən rayonunun idarə, müəssisə və təşkilatları arasında keçirilən minifutbol üzrə rayon turniri yekunlaşıb.

Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışlarda 13 komanda 4 yarımqrupda qalib adı uğrunda mübarizə aparıb. Finalda Daşkəsən Qaziləri komandası “Daşkəsən Dəmir Filiz” MMC komandasını 5:2 hesabı ilə məğlub edərək rayon turnirinin qalibi olub. “AzerGold” QSC-nin komandası isə 3-cü yeri tutub.

Final oyunlarının təltifolunma mərasimində Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov çıxış edərək Azərbaycan xalqının taleyində mühüm yer tutan, dövlətçiliyimizin qorunması və möhkəmləndirilməsində tarixi əhəmiyyət daşıyan 15 İyun – Milli Qurtuluş Günü münasibətilə təbriklərini bildirib, 1-ci, 2-ci və 3-cü yerləri tutan komandaların üzvlərinə Daşkəsən Rayon İcra Hakimiyyətinin diplomlarını, medal və kubokları, habelə turnirin ərsəyə gəlməsində xüsusi fəallıq göstərmiş təşkilatçılara fəxri fərmanlar təqdim edib.

Keçidlər