Daşkəsəndə kənd təsərrüfatının siyahıyaalınmasının yekunları müzakirə olunub
19 avqust 2025 | 16:13
Cari ilin 15 iyul –15 avqust tarixlərində Daşkəsən rayonunda kənd təsərrüfatı sahəsində aparılmış siyahıyaalmanın nəticələri ilə bağlı keçirilən toplantıda rayon üzrə kənd təsərrüfatı siyahıyaalınmasına yardım komissiyasının sədri, komissiyanın üzvləri və RİH-nin məsul şəxsləri iştirak ediblər.
Toplantıda siyahıyaalmanın nəticələri geniş təhlil olunub, rayonun kənd təsərrüfatı potensialı və inkişaf istiqamətləri müzakirə edilib. Qeyd olunub ki, toplanmış məlumatlar Daşkəsəndə aqrar sektorun daha səmərəli planlaşdırılmasında və dövlət dəstəyi tədbirlərinin məqsədyönlü surətdə həyata keçirilməsində mühüm rol oynayacaqdır.






