Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Daşkəsəndə kənd təsərrüfatı üzrə Dövlət Proqramının icrası ilə bağlı monitorinq keçirilib

21 noyabr 2026 | 10:04

Noyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın yerlərdə icra vəziyyətinin qiymətləndirilməsi məqsədilə Daşkəsən rayonunda növbəti monitorinq təşkil olunub.

Monitorinq çərçivəsində Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 10-cu ərazi sektorunun müdiri Adil Vəliyev, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Aqrar Tədarük və Təchizat" ASC-nin İdarə Heyətinin üzvü Elşən Məmmədov və Qərargah üzvləri Etibar Alıyevə məxsus “Ağbaba” iribuynuzlu heyvandarlıq, Rasim Əzizova məxsus arıçılıq, eləcə də Namiq Əsgərova məxsus “Əsgəroğlu” MMC-nin qoyunçuluq və maldarlıq təsərrüfatlarında olublar. Səfərlər zamanı təsərrüfat sahibləri fəaliyyət istiqamətləri, istehsal prosesinin təşkili, əldə etdikləri nəticələr və gələcək inkişaf planları barədə məlumat veriblər. Təsərrüfatların maddi-texniki bazası, istehsal gücü, mövcud ehtiyacları və genişlənmə perspektivləri ilə yerində tanış olunub, fermerləri maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb, onların irəli sürdükləri təkliflər qeydə alınıb. Təsərrüfat sahibləri aqrar sahəyə göstərilən dövlət qayğısının, tətbiq olunan güzəşt və dəstək mexanizmlərinin sahibkarlıq fəaliyyətinin inkişafında mühüm rol oynadığını bildirərək Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Sonra “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrasının təmin edilməsi məqsədilə yaradılmış Daşkəsən rayon Qərargahının növbəti iclası keçirilib.

İclası giriş sözü ilə açan Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aqrar sektorun inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü siyasətdən, kənd təsərrüfatı istehsalçılarının dövlət dəstəyi ilə əhatə olunmasından və bu sahədə yaradılan geniş imkanlardan bəhs edib. O, 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramının aqrar sektorun inkişafına, kənd təsərrüfatı məhsullarının istehsal və emal həcminin artırılmasına, fermerlərin fəaliyyətinin genişləndirilməsinə böyük töhfə verəcəyini vurğulayıb. İcra başçısı Daşkəsən rayonunda kənd təsərrüfatının mövcud vəziyyəti, heyvandarlıq, arıçılıq və balıqçılıq sahələrində əldə olunan nəticələr, eləcə də qarşıda duran vəzifələr barədə məlumat verib.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 10-cu ərazi sektorunun müdiri Adil Vəliyev çıxışında Dövlət Proqramının əsas hədəflərini, icra mexanizmlərini və prioritetlərini diqqətə çatdırıb. Aqrar sahədə mövcud imkanlardan səmərəli istifadə edilməsinin, istehsalın genişləndirilməsinin, fermerlərin qarşılaşdıqları çətinliklərin öyrənilərək həllinə dair kompleks zəruri tədbirlərin görülməsinin əhəmiyyətini vurğulayıb.

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Aqrar Tədarük və Təchizat" ASC-nin İdarə Heyətinin üzvü Elşən Məmmədov isə çıxışında kənd təsərrüfatı məhsullarının istehsalı ilə yanaşı, onların tədarükü, emalı və satışının təşkili məsələlərinə toxunub.

İclasda Dövlət Proqramının Daşkəsən rayonunda icrası ilə bağlı qarşıda duran vəzifələr, mövcud imkanlar və həlli vacib məsələlər ətrafında müzakirələr aparılıb, müvafiq tapşırıq və tövsiyələr verilib.

Keçidlər