Daşkəsəndə kənd sakinlərinin müraciəti müsbət həllini tapıb
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaş məmnunluğunun təmin edilməsinə dair tapşırıq və tövsiyələrinə uyğun olaraq, Daşkəsən Rayon İcra Hakimyyətinin başçısı Orxan Abbasov həm rayon icra hakimiyyətinin inzibati binasında, həm də yerlərdə mütəmadi olaraq vətəndaşların qəbullarını keçirir, onların müraciətlərini dinləyir, qaldırdıqları məsələlərin həlli istiqamətində aidiyyəti qurumlarla birgə müvafiq tədbirlər görür.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov Mollahəsənli kəndində keçirdiyi səyyar qəbul zamanı kənd sakinləri müraciət edərək rayon mərkəzi ilə kəndi birləşdirən avtomobil yolunun təmir olunmasını xahiş ediblər.
Vətəndaşların müraciəti əsasında icra başçısı Orxan Abbasovun göstərişi ilə daxili imkanlar hesabına sözügedən yola çınqıl-torpaq örtüyü salınıb, təmir işləri aparılıb, nəqliyyatın təhlükəsiz və maneəsiz hərəkəti təmin olunaraq sakinlərin istfadəsinə verilib.
Kənd sakinləri müraciətlərinin tez bir zamanda həll edilməsinə görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.