Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə istehlak bazarında fəaliyyət göstərən sahibkarlarla maarifləndici görüş keçirilib

29 aprel 2025 | 14:42

Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin 12 saylı Gəncə regional bölməsi tərəfindən istehlakçıların maraq və mənafelərinin qüvvədə olan qanunvericiliyə uyğun sahibkarlarla uzlaşdırılması məqsədilə keçirilən tədbirdə rayonda fəaliyyət göstərən ticarət, ictimai iaşə, məişət və digər növ xidmət subyektlərinin nümayəndələri iştirak ediblər.

Agentliyin 12 saylı Gəncə regional bölməsinin müdiri Təbriz Axundov Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin fəaliyyət istiqamətlərindən söz açıb, ticarət, ictimai iaşə, məişət və digər növ xidmət sahələrində norma və qaydalara riayət olunmasının vacibliyi vurğulayıb. İstehlakçı hüquqları ilə bağlı qanunvericiliyin tələbləri, bu sahədə nəzərdə tutulmuş məsuliyyət tədbirlərini diqqətə çatdırıb, mal və xidmətlər əldə edilməsinə dair müəyyənləşdirilmiş qaydalar, zəmanət öhdəlikləri barədə məlumat verib. Həmçinin istehlakçı hüquqları və istehlak bazarına nəzarət sahələri üzrə cari vəziyyət, qarşıda duran məsələlər haqqında qarşılıqlı fikir mübadiləsi aparıb.

Sonda istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı sahibkarları maraqlandıran suallar cavablandırılıb, onlara fəaliyyətlərinin qanunvericiliyin tələblərinə uyğun qurulmasına, müştəri məmnuniyyətinin təmin olunmasına dair tövsiyələr verilib və məlumatlandırıcı materiallar paylanıb.

Keçidlər