Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Daşkəsəndə işəgötürənlərlə görüş keçirilib

13 may 2026 | 17:44

Mayın 13-da Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Gəncə-Daşkəsən Regional Məşğulluq filialı tərəfindən Daşkəsən rayonunda işəgötürənlərin iştirakı ilə dəyirmi masa təşkil olunub. Tədbirin məqsədi məşğulluq sahəsində əməkdaşlığın gücləndirilməsi, işəgötürənlərin mövcud ehtiyaclarının öyrənilməsi, aktiv məşğulluq proqramları barədə məlumatlandırmanın artırılması və əmək bazarında mövcud imkanların genişləndirilməsi olub.

Görüşdə Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının müavini-Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri Vüqar Məmmədov, Gəncə-Daşkəsən Regional Məşğulluq filialının şöbə müdiri Pərviz Əliyev, Gəncə-Daşkəsən Regional Məşğulluq filialının aparıcı mütəxəssisi Elvin Əlizadə, Gəncə Peşə Hazırlığı Mərkəzinin baş mütəxəssisi Orxan Eyyubov və aparıcı mütəxəssisi Elvin İsmayılov, rayon ərazisində fəaliyyət göstərən müəssisələrin nümayəndələri, sahibkarlar və məşğulluq sahəsi üzrə məsul şəxslər iştirak ediblər.

Tədbir zamanı işəgötürənlərə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin edilməsi məqsədilə kvota tətbiqi qaydaları, sosial iş yerlərinin təşkili mexanizmi, həmin iş yerlərində çalışan işçilərin əməkhaqqının bir hissəsinin Dövlət Məşğulluq Agentliyi tərəfindən işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdirilməsi qaydası barədə ətraflı məlumat verilib.

Bununla yanaşı, digər aktiv məşğulluq tədbirləri, işsiz və işaxtaran şəxslər üçün peşə hazırlığı kurslarının təşkili, əmək bazarının tələblərinə uyğun ixtisasların öyrədilməsi və işəgötürənlərlə əməkdaşlıq imkanları diqqətə çatdırılıb. Həmçinin “Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planı” çərçivəsində cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin məşğulluğunun təmin olunması, onların əmək bazarına inteqrasiyası və işlə təminatı ilə bağlı maarifləndirmə tədbirlərinin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövcud problemlər və təkliflər ətrafında fikir mübadiləsi aparılıb. Habelə Dövlət Məşğulluq Agentliyinin müxtəlif fəaliyyət istiqamətlərindən faydalanmış işəgötürənlərin təcrübələri dinlənilib, digər sahibkarların da bu layihələrdən yararlanmasının əhəmiyyəti vurğulanaraq müvafiq tövsiyələr səsləndirilib.

Keçidlər