Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏNDƏ “HEYDƏR ƏLİYEV – DAHİ ŞƏXSİYYƏT” FİLMİNƏ BAXIŞ KEÇİRİLİB

27 iyul 2023 | 12:33

İyulun 27-də Daşkəsən Rayon İcra Hakimiyyəti ilə rayon Heydər Əliyev Mərkəzi “Heydər Əliyev İli” çərçivəsində təsdiq olunmuş Tədbirlər Planına əsasən “Heydər Əliyev – Dahi Şəxsiyyət” filminin nümayişini təşkil ediblər.

Daşkəsən RİH-nin məsul əməkdaşlarının, mədəniyyət işçilərinin, məktəblilərin, ictimaiyyət nümayəndələrinin və sakinlərin iştirak etdiyi tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi anılıb.

Filmin nümayişindən qabaq RİHBA-nın məsul işçisi Kənan Qurbanov və rayon Heydər Əliyev Mərkəzinin direktoru Nailə Məmmədova Ulu Öndər Heydər Əliyevin şərəfli ömür yolu və zəngin dövlətçilik fəaliyyəti barədə məruzə ilə çıxış ediblər.

Sonra “Heydər Əliyev – Dahi Şəxsiyyət” sənədli filminə baxış keçirilib.

 

Elmar Əliyev

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini

Keçidlər