Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Daşkəsəndə “Həmkardan həmkara qayğı ilə!” layihəsinə əsasən əhalinin tibbi müayinəsi günlərinə başlanıb

11 iyun 2026 | 14:40

İyunun 11-dən Daşkəsən Rayon Mərkəzi Xəstəxanasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Azərbaycan Respublikası Səhiyyə  İşçiləri Həmkarlar İttifaqının təşkilatçılığı, Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Həmkardan həmkara qayğı ilə!“ layihəsinə əsasən yüksək ixtisaslı həkim heyəti tərəfindən vətəndaşların tibbi müayinəsinə start verilib.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov rayon mərkəzi xəstəxanasında yaradılmış şəraitlə tanış olub, müayinələrin təşkili, xidmətin keyfiyyəti və sakinlərin qəbulu prosesi barədə həkimlərdən və təşkilatçılardan ətraflı məlumat alıb. İcra başçısı layihənin həyata keçirilməsində əməyi olan təşkilatçı heyətə və iştirakçı həkimlərə təşəkkürünü bildirib.

Layihə çərçivəsində sakinlərə uroloq, endokrinoloq, nevropatoloq, kardioloq, dermatoloq, uşaq-nevropatoloq müayinələri aparılır, ilkin tibbi baxış keçirilir və zəruri hallarda əlavə müayinələrə və ixtisaslaşmış müalicəyə yönləndirmə edilir. Əhalinin sağlamlığının qorunmasına, xəstəliklərin erkən aşkarlanması məqsədi daşıyan müayinələr ödənişsiz həyata keçirilir.

Qeyd edək ki, müayinələr iyunun 12-dək davam edəcək.

Keçidlər