Daşkəsəndə “Hekayəti Müsyö Jordan və Dərviş Məstəli Şah” tamaşası nümayiş olunub
İyunun 4-də Daşkəsən rayon Mədəniyyət Mərkəzinin səhnəsində Gəncə Dövlət Milli Dram Teatrı tərəfindən Azərbaycan dramaturgiyasının banisi, yazıçı-dramaturq Mirzə Fətəli Axundovun “Hekayəti Müsyö Jordan və Dərviş Məstəli Şah” birpərdəli komediyası tamaşaya qoyulub.
Tamaşada Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, RİHBA-nın məsul əməkdaşları, idarə, müəssisə, təşkilat rəhbərləri, mədəniyyət işçiləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Səhnə əsərində Xalq artisti Pərvanə Qurbanova, Əməkdar artistlər Elxan Abbasov, Zəminə Cəfərova, İlham Hüseynov, aktyorlar Samir Abbasov, Günay Verdiyeva, Elşad Əhmədov, Rauf Hüseynov və İlahə Cabbarova çıxış ediblər.
Tamaşa izləyicilər tərəfindən böyük rəğbət və alqışlarla qarşılanıb.