Daşkəsəndə “Gender əsaslı zorakılıq əleyhinə mübarizə” mövzusunda təlim keçirilib
17 dekabr 2024 | 18:37
Dekabrın 17-də Hüquq və İnsan Haqları İnstitutu Daşkəsən rayonunda təlim təşkil edib. Təlimin məqsədi gender əsaslı zorakılıqla mübarizədə bilik və bacarıqların artırılmasına töhfə vermək olub.
Ümumilikdə 20 iştirakçı – psixoloq, müəllim və sosial yönümlü sahələrin nümayəndələri təlimdə iştirak ediblər. İştirakçılara gender əsaslı zorakılıqla mübarizə üsulları və zərər çəkmiş şəxslərə dəstək xidmətləri haqqında məlumatlar aşılanıb.
Təlimin sonunda bütün iştirakçılara sertifikatlar təqdim olunub.