Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə fiziki aktivliyə dair maarifləndirici materiallar əhali arasında təşviq edilib

24 iyul 2025 | 16:09

İyulun 24-də Daşkəsən Rayon İcra Hakimiyyəti Daşkəsən Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxs və Daşkəsən rayonu üzrə Gənclər və İdman Sektoru ilə birgə “Konstitusiya və Suverenlik İli” çərçivəsində fiziki aktivliyə dair maarifləndirici materiallar hazırlayaraq, Daşkəsən rayon əhalisi arasında təşviq ediblər.

Tədbir Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2022-ci il tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 3.3.7.3-cü bəndinin icrasını təmin etmək məqsədi daşıyıb.

Maarifləndirici bukletlərdə fiziki aktivlik üzrə tövsiyələr, fiziki aktivliyə davamlı, planlaşdırılmış və sistemli yanaşma, düzgün qidalanmanın prinsipləri, suyun faydaları, zərərli vərdişlərin fəsadları haqqında məlumatlar əksini tapıb. Maarifləndirici materiallar paylanarkən izahat işləri aparılıb, suallar cavablandırılıb.

Daşkəsəndə əhali arasında fiziki aktivliyə dair maarifləndirici təşviqat işləri davam etdiriləcəkdir.

 

Keçidlər