Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Daşkəsəndə əhalinin sosial xidmətlərlə təmin edilməsində ünvanlılığın artırılması məqsədilə mövcud sosial xidmətlər haqqında əhali arasında maarifləndirmə aparılır

27 iyul 2026 | 17:38

Daşkəsən Rayon İcra Hakimiyyəti Prezident cənab İlham Əliyevin 28 avqust 2023-cü il tarixli 4059 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı”nın müvafiq bəndlərinin icrası məqsədilə aidiyyəti qurumlarla birgə Daşkəsən rayonunda çətin həyat şəraitinə düşmə riski olan şəxslərin (ailələrin) problemlərinin erkən aşkar edilərək aradan qaldırılması və əhalinin mövcud sosial xidmətlərlə təmin edilməsində ünvanlılığın artırılması məqsədilə mütəmadi maarifləndirmə tədbirləri təşkil edir.

Maarifləndirmə tədbirləri çərçivəsində vətəndaşlara mövcud sosial xidmətlər, sosial dəstək mexanizmləri, sosial xidmətlərdən istifadə qaydaları və müraciət prosedurları barədə ətraflı məlumat verilib, onların sualları cavablandırılıb. Eyni zamanda, sosial xidmətlər haqqında məlumatları özündə əks etdirən maarifləndirici bukletlər hazırlanaraq əhali arasında paylanılıb.

Keçidlər