Daşkəsəndə ədliyyə işçilərinin peşə bayramı günü qeyd edilib
22 noyabr – Azərbaycan Respublikası ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə Daşkəsən Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının məsul əməkdaşları və rayonun ədliyyə işçiləri Ulu Öndər Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək gül dəstələri düzüblər, xatirəsini ehtiramla anıblar.
RİH başçısının müavini Namiq Süleymanov Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun adından başda Ədliyyə naziri Fərid Əhmədov olmaqla bütün ədliyyə orqanları əməkdaşlarını peşə bayramları günü münasibətilə təbrik edib, onlara şərəfli və məsul fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb.
Rayonda fəaliyyət göstərən ədliyyə işçiləri bildiriblər ki, Daşkəsən rayon ədliyyə işçiləri də ölkə rəhbərliyi tərəfindən göstərilən yüksək etimadı doğrultmaq, rayon əhalisinin hüquqlarını təmin etmək üçün bundan sonra da var qüvvələri ilə çalışacaqlar.
Sonda xatirə şəkli çəkdirilib.






